Yeni Papa seçildi

20:23 - 8 May 2025 - DÜNYA

Konklavda iştirak edən kardinallar Roma Katolik Kilsəsinin yeni rəhbərini seçiblər.

Ucnoqta.az xəbər verir ki, bunu ənənəvi olaraq səsvermənin keçirildiyi Vatikanda Sikstin kapellasında quraşdırılmış sobanın bacasından çıxan ağ tüstü elan edib.
Papa seçilməsi üçün yaşı 80-dən aşağı olan 133 iştirakçıdan biri səslərin üçdə ikisini (89 səs) toplamalı idi.
Yeni 267-ci Papanın kim olduğu xeyir-dua verərək papa adını elan edəndə məlum olacaq.

Xəbər xətti