İdarə müdiri Zaqatalada qəbul keçirib

19:25 - 8 May 2025 - ÖLKƏ İÇİ

Mayın 8-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Zaqatala şəhər Z.Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbdə Zaqatala və Balakən rayonlarının vətəndaşlarını qəbul edib.

Ucnoqta.az xəbər verir ki, qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin artırılması və digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşların müraciət, şikayət və təklifləri qeydiyyata alınıb. Onların bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.

Qeyd edək ki, idarənin inzibati binasında idarə müdiri tərəfindən vətəndaş qəbulu hər həftənin çərşənbə günü saat 15:00-dan 17:00-dək, məsul əməkdaşlar tərəfindən isə həftə içi hər gün eyni saatlarda keçirilir. Qəbula yazılmaq istəyən şəxslər əvvəlcədən 146-0-11 Çağrı mərkəzinə zəng edərək qəbula yazıla bilərlər.  


Xəbər xətti