ABŞ qırıcısı təyyarədaşıyan gəmiyə enərkən suya aşdı

07:48 - 8 May 2025 - DÜNYA

Qırmızı dənizdə USS Harry S. Truman təyyarədaşıyan gəmisinə enən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F/A-18 qırıcı təyyarəsi dənizə çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Associated Press-ə bildirib.

İki pilot havadan atılaraq helikopter tərəfindən götürülüb, lakin yüngül xəsarətlər alıblar.

Qəzaya səbəb kimi dayandırıcı mexanizmin - uçuş zolağına çəkilmiş polad kabeldən ibarət təyyarənin əyləclənməsi üçün qurğunun nasazlığı göstərilir.

Təyyarədaşıyan gəmi Yəməndə husilərə zərbə endirmək missiyasında idi.

Xəbər xətti