İsrail Livanda HƏMAS komandirini öldürdü

12:53 - 7 May 2025 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri Livana yeni dəqiq zərbə endirib və nəticədə Fələstinin radikal HƏMAS hərəkatının yerli bölmələrindən birinin komandiri məhv edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbə Livanın Səydə şəhərinin kənarında həyata keçirilib və məqsəd Livanda HƏMAS-ın hərbi qanadının Qərb briqadasına komandanlıq edən Xalid Əhməd Əhmədi məhv etmək olub.

Bildirilir ki, Əhmədin terror fəaliyyəti İsrail dövləti və onun vətəndaşları üçün təhlükə yaradırdı.

Xəbər xətti