Kral Hərbi Dəniz Qüvvələrinin komandanı istefa verib

00:00 - 7 May 2025 - DÜNYA

Kral Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, Birinci Dəniz Lordu Admiral Ben Key tutduğu vəzifədən istefa verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzetinə Krallığın Müdafiə Nazirliyi məlumat verib.

Bildirilir kiŞ Ben Key şəxsi vəziyyətinə görə tutduğu vəzifədən gedib. 

FT-nin məlumatına görə, baş komandanın vəzifələrini müvəqqəti olaraq onun müavini, vitse-admiral Martin Konnel yerinə yetirəcək. Krallığın Müdafiə Nazirliyinin artıq Keynin bir neçə potensial varisi ilə danışıqlar apardığı bildirilir.

Xəbər xətti