Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Fridrix Merzə Almaniya Federativ Respublikasının kansleri təyin edilməsi haqqında şəhadətnaməni təqdim edib.
Ucnoqta.az xəbər verir ki, mərasimi Phoenix telekanalı yayımlayıb.
Merz indi Bundestaqa (parlamentə) gedəcək və orada and içəcək. Eyni prosedur daha sonra onun kabinetinin nazirlərini də gözləyir.
Bundan əvvəl Almaniya parlamenti səsvermənin ikinci turunda Mersi Almaniyanın kansleri seçib. O, tələb olunan 316 səsdən 325 səs toplayıb. 289 deputat onun namizədliyinin əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb.