Modi Xorvatiya, Norveç və Hollandiyaya səfərini ləğv edib

11:14 - 7 May 2025 - DÜNYA

Hindistanın baş naziri Narendra Modi gələn həftə Xorvatiya, Norveç və Hollandiyaya planlaşdırılan səfərini ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə News18 telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb. Telekanal qeyd edir ki, ləğvin rəsmi səbəbləri açıqlanmasa da, qərar Hindistanın Pakistandakı hədəflərə raket zərbələri endirməsindən sonra regional gərginliyin artdığı bir dövrdə verilib.

Xəbər xətti