May ayının 27-dək bir neçə rayonlarda Səyyar ASAN xidmət göstərilməsi nəzərdə tutulub.
Bu barədə Ucnoqta.az-a "ASAN xidmət"dən məlumat verilib.
Bildirilib ki, Səyyar ASAN xidmət mayın 1-15 Xızıda, 1-27 Astarada, Şirvanda, Şəmkirdə, Xaçmazda, Biləsuvarda, Zərdabda, Ağdaşda, Zaqatalada, 19-27-də isə Xırdalanda vətəndaşlara xidmət göstərəcək.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar ASAN xidmət avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.
Qeyd edək ki, hazırda Xızıda Səyyar ASAN xidmətin iş qrafiki saat 11:00-dan 17:00-a qədərdir.