.Fəaliyyəti dayandırılan və həbs edilən İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun X sosial şəbəkəsindəki hesabı Türkiyə qanunlarını pozmağa təhrik edən yazılara görə məhkəmə qərarı ilə bağlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi məlumat yayıb.
Bildirilir ki, həbs edilən Əkrəm İmamoğlunun X hesabında 24 aprel 2025-ci ildə edilən dərcin cinayət törətməyə açıq təhriklə bağlı pozuntu sayıla biləcəyini nəzərə alaraq, İstanbul Respublika Prokurorluğu araşdırma aparıb. İmamoğlunun həbs müddəti bitənə qədər onun hesabından həbs-qətimkan tədbiri olaraq şübhəlinin X hesabına girişinin bloklanmasına qərar verilib.
Qərar “İnternetdə nəşrlərin tənzimlənməsi və bu cür nəşrlər vasitəsilə törədilən cinayətlərə qarşı mübarizə haqqında” 5651 saylı Qanunun müvafiq maddəsinə əsaslanıb.