ABŞ Hind okeanındakı bazaya bombardmançı təyyarələr yerləşdirib

10:37 - 8 May 2025 - DÜNYA

ABŞ Hərbi Hava Qüvvələri Britaniyanın Dieqo Qarsiya adasındakı bazaya orada yerləşdirilən altı B-2 Spirit strateji gizli bombardmançı təyyarəsinə əlavə daha dörd B-52H Stratofortress strateji bombardmançı təyyarəsini yerləşdirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Air And Space Forces Magazine yazır.

Təyyarələrin bazaya gəlişi peyk şəklinə düşüb. Bundan əlavə, bir gün əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin strateji qarşısının alınması üzrə müavini, general-leytenant Endryu Qebara ABŞ Konqresində dinləmələr zamanı B-52H bombardmançılarından ibarət əməliyyat qrupunun missiyaya göndərildiyini bildirib.

B-2 bombardmançıları martın sonlarında Dieqo Qarsiyaya gəlib. Onlar Yəmən husilərinin hərbi hədəflərinə qarşı kütləvi hava hücumlarında iştirak ediblər.

Xəbər xətti