Yeni Papa kimdir? - DOSYE

21:35 - 8 May 2025 - Xəbər

Xəbər verdiyimiz kimi, Vatikandakı kardinallar Roma Katolik Kilsəsinin yeni rəhbərini amerikalı Robert Prevostu seçiblər.

Ucnoqta.az Yeni Papa XIV Leonun  dosyesini təqdim edir:

Robert Francis Prevost, 69 yaşında Çikaqoda anadan olub

Riyazi təhsillidir, Müqəddəs Avqustin ordenli seminariyasını bitirmişdir.

1982-ci ildə Peruda Avqustin missiyasına qoşulduqdan sonra keşiş təyin edilib.

90-cı illərin sonlarında ABŞ-a qayıdıb.

2014-cü ildə Papa Fransisk tərəfindən yepiskop təyin edilib, 2020-ci ildə Peruda apostol administratoru təyin edilib.

2025-ci ilin fevralında Frensis onu kardinal yepiskop rütbəsinə qaldırdı (böyük kardinal)

Tarixdə ABŞ-da doğulan ilk Papa olub.

Xəbər xətti