Senat Tom Barrakı ABŞ-ın Ankaradakı səfiri vəzifəsinə təsdiqləyib
Ucnoqta.az xəbər verir ki, 36 “xeyr” səsinə qarşı 60 “hə” səsi alan Barak ABŞ-ın Ankara səfiri vəzifəsinə təsdiq edilib.
"Avropa, Asiya və Yaxın Şərqin ən strateji kəsişməsində yerləşən dəyərli NATO tərəfdaşımız Türkiyənin NATO-ya saysız-hesabsız töhfələri var" - Senatdakı təsdiqləmə dinləməsi zamanı Barak deyib.
Kaliforniya ştatında doğulub böyüyən 77 yaşlı Barak 1900-cü ildə Livanın Zahle şəhərindən ABŞ-a köçmüş livanlı xristian mühacir ailəsinin nəvəsidir.