Tramp 100 gününü rəqs edərək qeyd etdi

11:42 - 30 Aprel 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Miçiqan ştatının Uorren şəhərində ikinci prezidentlik müddətinin ilk 100 günü münasibətilə keçirilən mitinqdə öz imza rəqsini ifa edib.

Ucnoqta.az xəbər verir ki, Ağ Ev Village People qrupunun "YMCA" mahnısı altında rəqs edən videonu yayımlayıb.

“Prezident Tramp qələbənin 100 gününü qeyd etmək üçün “Tramp rəqsi” ifa edir”- Ağ Evin X-də dərc etdiyi mesajın başlığını oxuyur.

Xəbər xətti