ABŞ de-fakto bu əraziləri Rusiyanın nəzarətində tanıyır - Reuters

14:19 - 25 Aprel 2025 - DÜNYA

ABŞ Ukraynadakı münaqişənin həlli çərçivəsində Zaporojye, Donetsk, Luqansk və Xerson ərazilərində Rusiyanın nəzarətini faktiki olaraq tanımaq niyyətində olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoffun aprelin 17-də Parisdə təqdim etdiyi layihəyə istinadən məlumat yayıb.

Sənədə əsasən, ABŞ Rusiyanın Krım üzərindəki yurisdiksiyasını de-yure tanımağa hazır olduğunu da göstərib.
Eyni zamanda, saziş layihəsində qeyd olunur ki, Xarkov vilayətinin ərazisi və Zaporijjya Atom Elektrik Stansiyası Ukraynanın nəzarətinə qaytarılmalı, Kiyevə də Dnepr çayı boyunca keçmək imkanı veriləcək.

Xəbər xətti