Tehran ABŞ ilə danışıqların növbəti raundunun yerini yalnız Omanla məsləhətləşdikdən sonra rəsmən elan edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat verib.
"Xarici işlər naziri Abbas Əraqçinin dediyi kimi, danışıqların növbəti raundu Omanda baş tutmaya bilər. Oman tərəfdən cavab aldıqdan sonra növbəti danışıqların yeri ilə bağlı qərar verəcəyik. Sonra bunu rəsmi şəkildə elan edəcəyik", - Baqai mətbuat konfransı zamanı deyib. Onun sözlərinə görə, İran üçün danışıqların konkret olaraq harada baş tutmasının heç bir əhəmiyyəti yoxdur, vacib olan formatın dəyişməz qalması, Maskatın isə vasitəçi rolunu davam etdirməsidir.