ABŞ-ın Çin üzərində təsir rıçaqları var - Ağ Ev

20:21 - 13 Aprel 2025 - DÜNYA

ABŞ-ın Çin üzərində əhəmiyyətli təsir rıçaqları var.

Ucnoqta.az xəbər verir ki, bu açıqlama ilə Ağ Ev rəhbərinin müavini Stiven Miller çıxış edib.

 "Birləşmiş Ştatların da Çin üzərində əhəmiyyətli və dərin təsir rıçaqları var. İlk növbədə, biz ölkəni, onun bütün inkişafını və sənayeləşməsini tam şəkildə maliyyələşdiririk.
 Bizim başqa təsir rıçaqlarımız var, mən buna getmək istəmirəm, lakin Çinin təhlükəsizliyi üçün son dərəcə vacib olan bir çox şeylər var ki, onların ABŞ-dan ehtiyacı var. Buna görə də Çinin deeskalasiya yolunu tutması çox müdrik olardı” - Miller deyib.

Xəbər xətti