1907-ci ildən bəri ilk dəfə aprel ayında qar yağdı

00:00 - 14 Aprel 2025 - MARAQLI

Sakura və qar - Seul 1907-ci ildən bəri ilk dəfə aprel ayında qar yağıb.

Ucnoqta.az xəbər verir ki, Cənubi Koreyanın paytaxtında albalı çiçəyi mövsümünün ən qızğın çağında havanın temperaturu 20-dən 2-4 dərəcəyə qədər kəskin enib və qəfildən Seulda 1907-ci ildən bəri müşahidə olunmayan qar yağmağa başlayıb.

Soyuq küləklər bütün ölkəni bürüyərək, şaxtaya səbəb olub. Bəzi rayonlara qar yağıb.
Səlahiyyətlilər hava şəraitinin dəyişməsi ilə bağlı vətəndaşları xəbərdar edərək fövqəladə xəbərdarlıq edib.

Xəbər xətti