Əskişəhərdə 15 yaşında keçirdiyi üz iflicindən sonra göz qapaqlarını bağlaya bilmədiyi üçün baş ağrısı və yuxusuzluq problemi yaşayan Ümmü Gülsüm Cihan (56) gözünə 24 karatlıq qızıl implant qoyulduqdan sonra rahat yatmağa başlayıb.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əskişəhərdə yaşayan Ümmü Gülsüm Cihan 15 yaşında üz iflicindən əziyyət çəkirdi. Xəstəlikdən sonra Cihanın üzü asimmetriyaya çevrildi, ağzının küncündə əzələ itkisi yarandı, sol gözünü də bağlaya bilmədi. 41 ildir gözü açıq yatmaq məcburiyyətində qalan Cihan yuxusuzluq və baş ağrısı şikayətləri ilə yanaşı həm fiziki, həm də psixoloji cəhətdən çətin illər keçirib. Cihan bacısının məsləhəti ilə Əskişəhər Şəhər Xəstəxanasına müraciət edib və orada müalicəsi başlayıb. Fevralın 6-da 5 saatlıq əməliyyatla Cihanın gözünə 24 karatlıq qızıl implant qoyulub. Bu yolla o, gözlərini yuma bilib və ayağından alınan dəri yaması ilə üzündə simmetriya təmin etməyə cəhd edilib.
Uğurlu əməliyyatdan 4 gün sonra xəstəxanadan çıxan və sağlamlığına qovuşduğunu deyən Cihan, uzun illər sonra rahat yata bildiyini və yuxu görməyə başladığını bildirib. Üz iflici keçirdikdən sonra yaşadıqlarını izah edən Ümmü Gülsüm Cihan, yaşadığı fiziki çətinliklərlə yanaşı, ona ünvanlanan suallardan da bezdiyini söylədi.