Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında üzbəüz danışıqlar, şübhəsiz ki, vaxtı gələndə baş tutacaq, lakin o hələ hazırlanmalıdır.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov VGTRK-nin aparıcısı Pavel Zarubinin suallarını cavablandırarkən deyib.
"Bu görüş baş tutacaq. Prezidentlər siyasi iradələrini bildirdilər ki, bu baş tutsun, o cümlədən bunu açıq etsinlər. Amma bu, lazımi vaxtda baş tutacaq. Biz buna hazırlaşmalıyıq", - Kreml sözçüsü bildirib.