ABŞ və İran arasında danışıqların ikinci raundu şənbə günü, aprelin 19-da Romada keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Axios məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Omandakı danışıqların birinci raundundan razı qalıb və danışıqlar formatını birbaşa danışıqlara dəyişmək istəyir.
Portalın mənbələrinə görə, danışıqların yerinin Romaya dəyişdirilməsini təklif edən ABŞ olub.
Qeyd olunur ki, danışıqların ikinci raundu Omanda baş tutmasa da, omanlı vasitəçilər iştirak edəcək.