Şimali Koreya istənilən təxribata “qətiyyətlə” cavab verəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Nəşr bildirir ki, ABŞ-ın Şimali Koreyaya qarşı qarşıdurma əhval-ruhiyyəsi gücləndikcə, milli təhlükəsizliyin təmin edilməsi üçün səylər və hərəkətlər ikiqat artacaq.
Bu bəyanat ABŞ, Cənubi Koreya və Yaponiya arasında keçən həftə Ceju adasında beynəlxalq sularda keçirilən dəniz təlimlərinə cavab olaraq verilib.