Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı keçirilən sui-qəsd cəhdinə münasibət bildirib.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sosial mediada paylaşım edib.
Paylaşımda deyilir:
“Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.