İrəvanda Rusiya-Ermənistan Universitetinə bomba qoyulub

12:02 - 19 Aprel 2024 - Xəbər

Ermənistan polisi İrəvanda yerləşən Rusiya-Ermənistan Universitetində bomba olması barədə siqnal alıb.

Ucnoqta.az-ın məlumatına görə, RİA Novosti bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, bu gün Daxili İşlər Nazirliyinə Rusiya-Ermənistan Universitetində partlayıcı qurğu qoyulması barədə siqnal daxil olub. Hadisə yerində əməliyyat qrupları işləyir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Xəbər xətti