Hindistan yeni nəsil torpedo daşıma sistemini sınaqdan keçirib

15:40 - 1 May 2024 - DÜNYA

Hindistan ölkənin yeni nəsil SMART (Supersonic Torpedo Launch System) raket və torpedo sisteminin üçüncü sınağını uğurla həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, Respublikanın Müdafiə Nazirliyinin məlumatına görə, torpedo Odişa sahillərindəki Abdul Kalam adasından buraxılıb.

Qeyd olunur ki, kompleksdə artıq istismarda olanlarla müqayisədə bir sıra texnoloji təkmilləşdirmələr var. Onların arasında iki pilləli bərk yanacaq mühərriki sistemi, elektromexaniki sürücü sistemi və inertial naviqasiya sistemi var. ///tass

Xəbər xətti