Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub.
Ucnoqta.az qafqazinfo-ya istinadən xəbər verir ki, televiziyanın rəhbəri Ülviyyə Zülfiqar təyin edilib.
Qeyd edək ki, o, həm də Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindədir.
Məlumata görə, telekanal həftədə 6 dəfə - 3 dəfə Azərbaycan, 3 dəfə rus dilində olmaqla, 2 saat boyunca efirə çıxacaq.