İstanbulda təhlükəsizlik tədbirləri gücləndirilib - 42 min polis ...

08:28 - 1 May 2024 - DÜNYA

Həmkarlar ittifaqları və ictimai-siyasi birliklərin 1 May Əmək və Həmrəylik Günündə kütləvi nümayişlər planlaşdırdığı İstanbulda təhlükəsizliyi 42 mindən çox polis təmin edir.

Ucnoqta.az xəbər verir ki, hakimiyyət onlar üçün şəhərin hər yerində 40 zona ayırıb, mərkəzi Taksim meydanında yürüşü qadağan edib.

Daxili İşlər Naziri Ali Yerlikayanın daha əvvəl jurnalistlərə verdiyi məlumata görə, etirazların təşkilatçıları 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasının xatirəsinə Taksimdə ucaldılan abidənin önünə gül dəstələri qoya və mediaya açıqlama verə biləcəklər. Meydanda digər tədbirlərin keçirilməsi qadağandır. Onun perimetri boyunca metal hasarlar quraşdırılıb və polis dəstələri yerləşdirilib. Meydana girişlər bağlanıb.

İstanbul Valiliyi ictimai nəqliyyatda dəyişiklik edib. O cümlədən, səhər saatlarından bəzi yollar bağlanıb, dəniz və dəmir yolu marşrutlarında məhdudiyyətlər tətbiq edilib. Taksim meydanına gedən metro xətti stansiyanın giriş-çıxışına tamamilə bağlıdır.

Xəbər xətti