İspaniya Ukraynaya yeni hərbi yardım paketi göndərir

13:57 - 21 May 2024 - DÜNYA

İspaniya Ukraynaya yeni hərbi yardım paketi göndərəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, bu paketə "Leopard 2A4" tankları, 155 mm-lik döyüş sursatları, "Patriot" hava hücumundan müdafiə raketlərinin partiyası, pilotsuz uçuş əleyhinə sistemlər və s. daxildir.

Müdafiə naziri Marqarita Robles amerikalı həmkarı Lloyd Ostinin təşkil etdiyi Ukrayna üzrə Təmas Qrupunun videokonfransında təsdiqləyib.

Xəbər xətti