Millət vəkili bu quruma prezident seçildi 

11:04 - 1 May 2024 - Xəbər

Bakıda “Hyatt Regency” otelində Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirilib. 

Ucnoqta.az xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tatarıstan Respublikasının autizm təşkilatlarının nümayəndələri iştirak edib.

Konfransda TDAF-ın prezidenti Elnur Məmmədli hesabatla çıxış edib.

Konfrans çərçivəsində Tatarıstan və Türkmənistan autizm təşkilatları TDAF-a üzv qəbul edilib, qarşılıqlı fəaliyyət protokolu imzalanıb, həmçinin və təşkilati məsələlərə baxılıb.

Milli Məclisin deputatı Vüqar İsgəndərov yekdilliklə Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti seçilib.

1-2 may tarixlərində təşkilatın beynəlxalq sərgisi və konfransı keçiriləcəkdir. 

Xəbər xətti