Kömürlə yüklənmiş vaqonlar relsdən çıxıb - Rusiyada

08:36 - 1 May 2024 - DÜNYA

Sibir vilayəti Ulan-Udedə kömürlə yüklənmiş vaqonlar relsdən çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun Teleqram kanalında məlumat verilib.

İlkin məlumata görə, Ulan-Ude Lokomotiv Vaqon Təmiri Zavodunun ictimai olmayan giriş yolunda manevr işləri apararkən üç vaqon relsdən çıxıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda ərazidə bərpa işləri aparılır.

Xəbər xətti