Bazarstore - Əməyin Mühafizəsi Günü ilə əlaqədar fəal əməkdaşlığa görə təltif edildi

11:08 - 1 May 2024 - Cəmiyyət

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib.

Konfrans 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub.
Tədbirdə dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, əməkdaşlıq edilən ölkələrin nümayəndələri, sahibkarlar və digər şəxslər iştirak edirdi. 

2024-cü il Azərbaycanda  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İqlim dəyişikliyi əməyin mühafizəsinə müxtəlif yollarla təsir edir. Bu səbəbdən işçilərin sağlamlığı və təhlükəsizliyinin təmin olunması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlığa həmçinin əməyin mühafizəsi ilə əlaqədar fəal əməkdaşlığa görə Bazarstore tədbirdə təltif edildi. 
 


Xəbər xətti