Azərbaycanda yeni peyvənd vurulacaq

09:37 - 2 May 2024 - ÖLKƏ İÇİ

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. 

Ucnoqta.az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiyi “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində hazırlanıb. 

Qeyd edək ki, heksavaksinin tərkibində Hepatit B, difteriya və tetanus anatoksini, göyöskürək, inaktivləşdirilmiş poliomielit, HİB əleyhinə vaksinlər yer alıb.

Xəbər xətti