Məşhur amerikalı yazıçı vəfat edib

09:35 - 1 May 2024 - DÜNYA

Amerikalı yazıçı və tərcüməçi Pol Oster 78 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The New York Times” onun dostuna istinadən məlumat yayıb.

Məlumata görə, yazıçı aprelin 30-da axşam Bruklindəki evində dünyasını dəyişib. Ölümün səbəbi ağciyər xərçəngindən yaranan ağırlaşmalar olub.

Paul Auster "Şüşə şəhəri", "Qarşılıqlı otaq" və "Qıfıllı otaq" romanlarının daxil olduğu "The New York Trilogy" (1987) ilə dünya şöhrəti qazanıb.

Xəbər xətti