Rusiyanın Tu-22M3 təyyarəsi qəzaya uğrayıb

09:06 - 19 Aprel 2024 - DÜNYA

Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-22M3 təyyarəsi Stavropol diyarında qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, 3 ekipaj üzvü xilasedicilər tərəfindən təxliyyə edilib, daha bir pilotun axtarışları davam etdirilir.

Departamentin məlumatına görə, Tu-22M3 ilə qəzaya ilkin olaraq texniki nasazlıq səbəb olub.

Xəbər xətti