Amerikalı aktyor və rejissor Klint İstvud karyerasının son filminin çəkilişlərinə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Discussing Film saytı yazır.
Filmin, İstvudun 50 ildən artıqdır ki, layihələr üzərində çalışdığı Warner Bros üçün çəkiləcəyi bildirilir. Məlumata görə, yeni film hazırda "Münsif 2" adlı trillerdir.
Filmin çəkilişlərinin başlama tarixi hələ məlum deyil, kastinq də başlamamışdır. Eyni zamanda, aktyorun baş rol üçün “gənc Hollivud ulduzu”nu nəzərdən keçirdiyi bildirilir.