Sabahın hava proqnozu açıqlanıb

13:07 - 22 Mart 2023 - ÖLKƏ İÇİ

Martın 23-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-10°, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacaq.

Xəbər xətti