Yevlaxda 4 yeniyetmə itkin düşüb -  FOTO (YENİLƏNİB)

22:30 - 20 Mart 2023 - HADİSƏ

Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində onlar tapılıblar.

Hazırda Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Qeyd edək ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxıb və bir daha geri qayıtmayıblar.



17:54
Yevlaxda 4 yeniyetmə itkin düşüb.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a bildirilib ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıblar.

Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin (022) 336 – 45 – 02 şəhər və (055) 537 – 87 – 97 mobil nömrələrinə zəng vurmaları xahiş olunur.


Xəbər xətti