Qara dəniz üzərində PUA ABŞ-ın Rusiyaya qarşı münaqişədə iştirakını sübut edir - Peskov

15:51 - 19 Mart 2023 - DÜNYA

Qara dəniz üzərində Amerika pilotsuz təyyarələri heç bir halda gəmilərin təhlükəsizliyini təmin etməklə məşğul deyil və əslində bütün bunlar Vaşinqtonun Moskvaya qarşı münaqişədə iştirakını sübut edir.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml sözçüsünə görə, bu cür hadisələr “əlbəttə ki, son dərəcə təhlükəlidir”:  "Amma, digər tərəfdən, bu pilotsuz təyyarələrin nə etdiyi tamamilə aydındır. Onların missiyası beynəlxalq sularda naviqasiyanın təhlükəsizliyini təmin etmək üçün heç də dinc missiya deyil. Biz bunu yaxşı bilirik. Və əslində, Söhbət bu dronların operatorlarının münaqişədə və bizə qarşı birbaşa iştirakından gedir”, - deyə Peskov bildirib.

Xəbər xətti