Türkiyədə zəlzələ qurbanlarının məzarları çökdü - VİDEO

21:45 - 18 Mart 2023 - HADİSƏ

Ötən gün təsirli olan yağışın ardından Türkiyənin Diyarbəkir şəhərində bir çox yerdə dağıntılar baş verib.

Diyarbəkirin Bağlar rayonunda yerləşən Yeniköy qəbiristanlığında yağışdan sonra baş verən sel nəticəsində çoxlu sayda ev, iş yeri və avtomobil zərər görüb, zəlzələdə həyatını itirənlərin məzarları da zərər görüb.

Daşqın nəticəsində dağıntılar altında həyatını itirənlərin məzarları uçub, çuxurlar əmələ gəlib, məzarın içi su ilə dolub.
Qismən uçan qəbiristanlıqlar kameralara əks olunsa da, köhnə qəbirlərə ziyan dəyməməsi diqqətdən yayınmayıb.

Digər tərəfdən, qəbirlərin çökməsinə yeni qazılan qəbirlərdəki torpağın çökməsi səbəb olduğu bildirilib.

Xəbər xətti