Yaponiyada açıq havada pilotlu uçan avtomobilin ilk sınağı keçirilib

16:16 - 17 Fevral 2023 - AVTO

Yaponiyada açıq havada pilotlu uçan avtomobilin ilk sınağı keçirilib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə uçuşu təşkil edən Masc şirkətinin nümayəndəsi məlumat verib. Uçuş sürəti 36 km/saat olub, sınaqlar uğurlu alınıb

Açıq havada pilotlu uçan avtomobilin ilk sınaqları Kyuşu adasının Oita şəhərində keçirilib. 

İki nəfərlik kabinəli kvadrokopterə bənzəyən təyyarə sınaqlar zamanı 30 m hündürlüyə qalxıb və dəniz üzərində dairəvi trayektoriya ilə hərəkət edərək 431 m məsafəni 3 dəqiqəyə qət edib. 

Uçan avtomobil idarə olunan nəqliyyat vasitəsidir, lakin uçuş sınaqları avtopilotdan istifadə edilməklə aparılıb, bunun sayəsində avtomobil əvvəlcədən proqramlaşdırılmış trayektoriya üzrə uçub.

Xəbər xətti