Nepalın Baş Naziri istefa vermək niyyətində olmayıb

15:24 - 9 Sentyabr 2025 - DÜNYA

İstefa verən Nepalın baş naziri Şarma Oli ölkədəki kütləvi etirazlar fonunda vəzifəsini tərk etmək istəməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Himal Press portalı məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik məsələlərinə dair səhər brifinqində ölkənin ordu komandanı, general Aşok Rac Siqdel, eləcə də digər təhlükəsizlik qurumlarının rəhbərləri baş nazirə istefa verməyi tövsiyə ediblər.
Lakin o, əvvəlcə bu tələbi rədd edib.
İclasda iştirak edənlərdən biri portala şərhində onun sözlərini sitat gətirib: "Vəziyyət nə olursa olsun, onların öhdəsindən gələcəm. Mən istefa verməyəcəyəm".

Himal Press-in yazdığı kimi, təhlükəsizlik orqanlarının rəhbərləri istefa verən baş nazirə bildiriblər ki, onlar ölkənin siyasi liderlərini qorumaq üçün səy göstərə bilsələr də, özlərini adi vətəndaşların ölümü ilə nəticələnə biləcək vəziyyətə salmağa hazır deyillər.

Xəbər xətti