Artıq III Dünya Müharibəsi başlayıb və “ABŞ imperiyasının” dünyaya öz hegemonluğunu "sırımaqdan" ibarət müharibə planı var.
Ucnoqta.az xəbər verir ki, bunu RT-yə müsahibəsində Venesuela prezidenti Nikolas Maduro deyib.
"Roma Papası Fransisk iki il əvvəl demişdi ki, biz III Dünya Müharibəsinə doğru gedirik. Mən inanıram ki, bu, artıq başlayıb. ABŞ imperiyasının öz siyasi, iqtisadi, mədəni və hərbi hegemonluğunu dünyaya sırımaq üçün müharibə planı var", - o qeyd edib.