Portuqaliya milli futbol komandasının hücumçusu Kriştiano Ronaldo dünya çempionatının seçmə oyunlarında vurduğu qolların sayına görə rekorda imza atıb.
Ucnoqta.az xəbər verir ki, Ronaldo Macarıstanla səfər oyununda 58-ci dəqiqədə penaltidən qol vuraraq dünya çempionatının seçmə mərhələsində qolların sayını 39-a çatdırıb.
2017-ci ildə karyerasını başa vuran Qvatemala millisinin hücumçusu Karlos Ruiz də eyni sayda qol vurub.
Argentinalı hücumçu Lionel Messi (36) bu göstəricidə Ronaldonun ən yaxın izləyicisidir.
Ronaldonun qolundan sonra hesab 2:1 portuqalların xeyrinə olub.