Avtoxuliqanlıq edib sosial şəbəkədə yayan şəxslər həbs edildi

13:22 - 9 Sentyabr 2025 - Xəbər

Sumqayıtda avtoxuliqanlıq edib sosial şəbəkələrdə yayan şəxslər həbs edilib.

DİN-in Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ictimai asayişi nümayişkəranə şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən şəxslər saxlanılıblar. Profilaktik tədbirlər zamanı müəyyən olunan şəhər sakinləri - 27 yaşlı Orxan Məmmədov və həmyaşıdı Nahid Aslanovun avtomobil idarə edən zaman piyada, elə də digər yol hərəkəti iştirakçılarının həyatına ciddi təhlükə yaratdıqları və bunu sosial şəbəkələrdə paylaşdıqları üçün Polis Şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində protokollar tərtib olunub və toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarına əsasən O.Məmmədov 20, N.Aslanov isə 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Xəbər xətti