Yaponiyada açıq havada pilotlu uçan avtomobilin ilk sınağı keçirilib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə uçuşu təşkil edən Masc şirkətinin nümayəndəsi məlumat verib. Uçuş sürəti 36 km/saat olub, sınaqlar uğurlu alınıb
Açıq havada pilotlu uçan avtomobilin ilk sınaqları Kyuşu adasının Oita şəhərində keçirilib.
İki nəfərlik kabinəli kvadrokopterə bənzəyən təyyarə sınaqlar zamanı 30 m hündürlüyə qalxıb və dəniz üzərində dairəvi trayektoriya ilə hərəkət edərək 431 m məsafəni 3 dəqiqəyə qət edib.
Uçan avtomobil idarə olunan nəqliyyat vasitəsidir, lakin uçuş sınaqları avtopilotdan istifadə edilməklə aparılıb, bunun sayəsində avtomobil əvvəlcədən proqramlaşdırılmış trayektoriya üzrə uçub.