Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 15-də Türkiyəyə yola düşəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mirzoyan zəlzələdən zərər çəkmiş Adıyaman şəhərində axtarış-xilasetmə işləri aparan erməni xilasetmə qrupu ilə görüşəcək.
Səfər çərçivəsində Ankarada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.