Prezidentdən əfv fərmanı: Rəşad Dağlı azad olunacaq? - VİDEO

18:20 - 26 Yanvar 2023 - Cəmiyyət

Mayın 10-u xeyli sayda məhbus azadlığa çıxacaq.

Əfv komissiyasından verilən məlumata görə, ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Prezident İlham Əliyev əfv sərəncamı imzalayacaq.

Maraqlıdır ki, bu il daha çox məhbusa şamil ediləcəyi gözlənilən əfvə hazırda həbsdə olan məşhurlardan kimlərsə düşə bilərmi?

Hüquqşunas Emil Aslanov Baku TV-yə açıqlamasında bildirib ki, böyük ictimai təhlükə törətməyən əməllər törətmiş şəxslər ittiham aktı qanuni qüvvəyə mindikdən sonra əfv etmə kommisiyasına ərizə ilə müraciət edə bilər:

"Az ağır cinayət törətmiş şəxslərin cəzanın çəkilmiş 1/3 hissəsindən sonra müraciəti nəzərdə tutulmuşdur. Ağır, xüsusilə ağır cinayət törətmiş şəxslərin isə verilmiş cəzanın yarısını çəkdikdən sonra əfv kommisiyasına müraciət etmə hüquqaları vardır. Məsələn, Rəşad Dağlının bugünku gündə ictimaiyyət arasında böyük nüfuza sahib olan şəxs kimi azad olunması ilə bağlı böyük bir çağırış var. Lakin onu qeyd etmək istəyirəm ki, Rəşad Dağlı barəsində hələki hökm mövcüd olmadığından, yəni məhkəməyə onun işi çıxmadığından 4 ay müddətində həbs qətiimkan tədbiri seçilmişdir. Bu səbəbdən Rəşad Dağlı müraciət etsə belə, onun müraciətinin əfv kommisiyasında qəbul edilməsi qanunvericiliyə uyğun deyil".///baku.ws

Xəbər xətti