Səfərbərlikdən yayınan Rusiya vətəndaşları sərhəddə saxlanıldı

Bu gün Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti dövlət sərhədini qanunsuz keçmək istəyən üç Rusiya vətəndaşını saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Rusiya vətəndaşları Kostanay vilayətində sərhəddən qanunsuz keçərkən saxlanılıblar. Rusiya vətəndaşları ölkədə qismən səfərbərlikdən yayınmaq üçün sərhədi qanunsuz keçməyə cəhd etdiklərini bildirib.

Sorğular başa çatdıqdan sonra saxlanılarlar Rusiya tərəfinə təhvil veriləcək.

Qeyd edilib ki, hazırda sərhədlərin etibarlı mühafizəsini təmin etmək üçün Qazaxıstan sərhədçiləri gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.

Tarix
25 Sentyabr 2022 [18:14]
Müəllif
Üç nöqtə
2022-09-25 18:14:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin