Peyvənd olunanların sayı açıqlanıb

16:53 - 26 İyun 2022 - ÖLKƏ İÇİ

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1475 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 171, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 127, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1050, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 127 nəfərdir.Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 762 091, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 353 536, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 853 215, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 306 428, pozitiv nəticədən sonra buster doza olunanların sayı 248 912 təşkil edir.

Xəbər xətti