Heydər Əliyev Beynəlxalq Aeroportu “LOT” aviaşirkətinin ilk reysini qəbul etdi - VİDEO

11:25 - 28 May 2022 - Cəmiyyət

Bu gün səhər Heydər Əliyev Beynəlxalq Aeroportunda “LOT” aviaşirkətinin Varşavadan yerinə yetirilmiş ilk sərnişin reysinin təntənəli açılışı olub.

Bu barədə Ucnoqta.az Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata görə, ənənəvi olaraq, Bakı hava limanında yeni aviadaşıyıcının təyyarəsi su tağı ilə qarşılanıb.

Varşavadan Bakıya və geriyə uçuşlar həftədə dörd dəfə “LOT” aviaşirkəti tərəfindən yerinə yetiriləcək.

Xəbər xətti