DİN Bərdədəki qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Bərdədəki qətllə bağlı məlumat yayıb.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə yanvarın 22-də Lənbəran kəndi ərazisində kənd sakini S.Hacıyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi İsrafil Hüseynova xəsarət yetirməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xəstəxanaya yerləşdirilən İ.Hüseynov ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan “Adler Arms” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Tarix
24 Yanvar 2022 [11:05]
Müəllif
Üç nöqtə
2022-01-24 11:05:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin